Fransada terrorçular “dombra” çalan türklərə hücum etdilərbackend

Fransada terrorçular “dombra” çalan türklərə hücum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mayın 14-də keçiriləcək Prezident və 28-ci Dövr Millət vəkili Ümumi Seçkiləri üçün xaricdə bir çox ölkədə başlayan səsvermə prosesi davam edir.

NOCOMMENT.az xəbər verir ki, Strasburq şəhərində terror təşkilatı tərəfdarları Türkiyədə keçirilən ümumi seçkilərə səs verən türk seçicilərə hücum edərək avtomobillərinə çəkiclə hücum ediblər.

Ətrafdakılar tərəfindən qeydə alınan görüntülərdə təcavüzkarın maşına doğru qaçaraq əlindəki çəkiclə dəfələrlə avtomobilə vurduğu görünür.

Strasburq polisinin hadisədən sonra 3 nəfəri saxladığı, avtomobilə maddi ziyan dəydiyi bildirilib.

NOCOMMENT.AZ