Fransada ümummilli tətillər başlayır – VİDEObackend

Fransada ümummilli tətillər başlayır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya islahatlarına qarşı ümummilli tətillər başlayır.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, tətillər həmkarlar ittifaqlarının çağırışı ilə baş tutacaq.

Qeyd edək ki, ötən həftə ölkənin baş naziri Elizabet Born bəyan etmişdi ki, Fransada 2030-cu ilə qədər pensiya yaşı 62-dən 64-ə qaldırılacaq və hökumət bu məsələ ilə bağlı güzəştə getmək niyyətində deyil.

Əsasən nəqliyyat sektorunun işçiləri, poçtalyonlar, müəllimlər, neft emalı zavodlarının, eləcə də şəhər icra hakimiyyəti orqanlarının işçiləri tətillərə qatılacaqlarını bəyan ediblər.