Fransadakı erməni icmaları tərəfindən təzyiqlərə məruz qalırambackend

Fransadakı erməni icmaları tərəfindən təzyiqlərə məruz qalıram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana daim dəstək olduğum üçün Fransadakı erməni icmaları tərəfindən təzyiqlərə məruz qalıram.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Publika.az-a müsahibəsində Fransa parlamentinin fəxri deputatı Jan Fransua Marsel bildirib.

Azərbaycanın Dostları Assosiasiyasının üzvü cənab Marsel həmçinin ermənilərin sosial şəbəkələrdəki yalan və qərəzli məlumatlar yaymaq siyasətini də pisləyib.

– Cənab Marsel, uzun müddət bu haqda sussanız da, Fransa ermənilərinin terrorçu hədə-qorxularına məruz qalmısınız. Təəssüf edirəm…

– Mən daim Azərbaycan xalqının yanında olmuşam. Fransada yaşayan azərbaycanlılar heç vaxt çaxnaşma törətməyib. Təəssüf ki, bunu qarşı tərəf haqqında demək mümkün deyil.

– Cənab Marsel, Fransa Prezidenti Emmanuel Makrona ünvanladığınız məktub haqda da məlumat verməyinizi rica edirəm.

– Məktubda “İndi, yaxud heç vaxt” başlığı xüsusi qeyd olunub. Sizə vacib məqamları təqdim edirəm. Artıq 30 ildir ki, Minsk Qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsini “dondurublar”. Hazırda Minsk Qrupunun üzvləri müharibəni dayandırmaq, məsələnin sülh yolu ilə həllinə şərait yaratmaq istədiklərini vurğulayırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, uzun müddət həlli tapılmayan bu problemi sonadək nəticəsiz qoymaq mümkün olmayacaq.Yaxud bölgədə sülh tələb edən qrup üzvləri bir həqiqəti unutmamalıdırlar. Ermənistan Azərbaycanın 20% ərazisini işğal altında saxlayır. Bu ərazilər işğaldan azad olunmadan heç bir əmin-amanlıqdan danışa bilmərik. Lakin bundan öncə iki addım atılmalıdır: 1. Rusiya Ermənistan vasitəsilə Azərbaycana təzyiqini dayandırmalıdır. 2. Fransa erməni icmasının təsirindən qurtulmalıdır. Bu şərtlər yerinə yetirildiyi təqdirdə sülh də bərpa olunacaq. Unutmayın- “Ya indi, ya da heç vaxt!”