Fransadan ABŞ-a qarşı SƏRT BƏYANAT – “Qəti şəkildə…”backend

Fransadan ABŞ-a qarşı SƏRT BƏYANAT – “Qəti şəkildə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ABŞ-nin Venesuelada atdığı addımları kəskin şəkildə pisləyib.

NOCOMMENT.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırılması və Venesuelanın suverenliyinin pozulması venesuela xalqının ləyaqətinə və öz gələcəyini müəyyən etmək hüququna qarşı yönəlmiş ciddi aqressiya aktıdır.

Bəyanatda vurğulanıb ki, Maduronun həbs edilməsi beynəlxalq hüquqa əsasən güc tətbiq etməmək prinsipinin pozulması deməkdir.

Fransa XİN qeyd edib ki, Venesuelaya kənardan heç bir uzunmüddətli siyasi həll yolu zorla qəbul etdirilə bilməz və ölkənin gələcəyini yalnız venesuela xalqı özü müəyyən edə bilər.

Rəsmi Paris bu mövqeyi ilə Venesuelada baş verən proseslərə beynəlxalq hüquq və dövlətlərin suverenliyi prinsipləri çərçivəsində yanaşılmasının vacibliyini bir daha diqqətə çatdırıb.