Fransadan ağlasığmaz təxribat: Bu dəfə Naxçıvanı hədəfə aldıbackend

Fransadan ağlasığmaz təxribat: Bu dəfə Naxçıvanı hədəfə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “France24” telekanalı PKK terror təşkilatının bölgə dövlətlərini bölmək xülyasını dəstəkləyən xəritə yayımlayıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, qondarma xəritədə bölgə dövlətlərinin bir hissəsində xəyali “Kürdüstan dövləti” peyda olub.

“Yaxın Şərq Məsələləri” adlı proqramda ekrana proyeksiya edilən “xəritə”də sarı rəngdə “Kürdüstan” yaradılıb.

Fransız telekanlı Türkiyə, İraq, Güney Azərbaycan və Suriya torpaqlarının bir hissəsini qondarma dövlətə qatıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bir hissəsi də sarı rənglə qondarma xəritəyə əlavə edilib.

Əsasən Türkiyənin şərq və cənub-şərq şəhərlərinin “Kürdüstan” torpaqları kimi əks olunduğu proqramda Ankaranın kürdləri tanımaması və bölgəni “Cənub-Şərqi Anadolu” adlandırması kimi skandal ifadələr də dilə gətirilib.

Fransa telekanalının təxribatçı əməli etirazlara səbəb olub.