Fransadan İrana “Vyana” ittihamıbackend

Fransadan İrana “Vyana” ittihamı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Legendre İranın dövlətlər arasında diplomatik münasibətlərin əsasını təşkil edən Vyana Konvensiyasını pozduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Fransa ilə İran arasında münasibətlərdə gərginlik son aylarda 7 Fransa vətəndaşının İran tərəfindən saxlanılması səbəbindən artıb.

Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Legendre Fransız vətəndaşlarının saxlanmasının “özbaşınalıq” olduğunun açıq şəkildə ifadə edildiyini bildirib.

İran hakimiyyətinin dövlətlər arasında diplomatik münasibətlərin əsasını təşkil edən Vyana Konvensiyasını pozduğunu qeyd edən Legendre, İranda saxlanılan Fransa vətəndaşlarının dərhal azad edilməsini istəyib.

NOCOMMENT.AZ