Fransadan NATO iddiasıbackend

Fransadan NATO iddiası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa rəsmiləri Fransa prezidenti Emmanuel Makronun NATO-nun Yaponiya ilə bağlı planını dəfələrlə əngəllədiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, iddialara görə, NATO-nun Tokioda ofis açmaq planı Makron tərəfindən “böyük səhv” kimi qiymətləndirilib.

Rusiyanın Ukraynadakı müharibəsindən sonra NATO genişlənmə siyasətini davam etdirir. Lakin bu qərar NATO-nun digər üzvləri tərəfindən heç də həmişə yaxşı qarşılanmır.

Fransa prezidenti Emmanuel Makronun bir ölkəyə soyuq yaxınlaşdığı iddia edilir.

Bu, NATO-nun bu yaxınlarda əlaqə ofisi açmağı planlaşdırdığı Yaponiyadır.

“Financial Times”a danışan Fransa rəsmiləri Fransa prezidenti Emmanuel Makronun bu planın “böyük səhv” olacağını düşündüyünü bildirib.

Rəsmilər Makronun dəfələrlə danışıqları pozduğunu bildirib.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq ilin əvvəlində Yaponiyada baş nazir Fumio Kişida ilə görüşü zamanı Tokioda ofisinin açılmasına diqqət çəkmişdi.

NOCOMMENT.AZ