Fransalı deputatlar Yelisey sarayına doğru yürüş etdilərbackend

Fransalı deputatlar Yelisey sarayına doğru yürüş etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa millət vəkilləri mübahisəli pensiya islahatından imtina edilməsini tələb etmək üçün Prezident aparatına, Yelisey Sarayına gediblər. 

NOCOMMENT.az xəbər verir ki, Fransa Kommunist Partiyasının (PCF) baş katibi və deputat Fabien Russel də daxil olmaqla deputatlar Yelisey sarayına doğru yürüş ediblər.

Deputatlar prezident Emmanuel Makronun pensiya islahatlarını geri götürməsini tələb edən məktubu Fransa Prezidentinin Nazirlər Kabinetinin direktoru Patrik Strzodaya veriblər.

Russel daha sonra millət vəkilləri Strzoda ilə görüş zamanı ölkədə artan zorakılıq və “demokratiyanın olmaması” ilə bağlı narahatlıqlarını ifadə etdiklərini bildirib.

Qeyd edək ki, hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin səsvermə olmadan qəbul edilməsindən sonra 16 martdan bu günə kimi Fransada nümayişlər davam edir.

NOCOMMENT.AZ