Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun evi qarət olunub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hazırda ABŞ-nin “Los-Anceles” klubunda çıxış edən 38 yaşlı hücumçunun evindən oğurluq edilib.
Onun həyat yoldaşı aidiyyəti qurumlara məlumat verib.
Oğurlanan əşyalar arasında 10-dan çox saat da olub. Onların ümumi dəyəri təxminən 500 min dollar təşkil edir.
Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb, polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.