Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdübackend

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.

NOCOMMENT xəbər verir ki, qətnaməyə səs verən senatorlar Ferat Fransuaz, Filip Bonnekaryer, Alen Duffo, Evelin Perro, Nadya Sollogo səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. Anne-Katerin Losye, Herv Mauri və Jan-Pyer Mo isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirakdan imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməni pisləyib.