Fransanın Afrika siyasətini tənqid edən Afrika əsilli müəllim işdən kənarlaşdırıldıbackend

Fransanın Afrika siyasətini tənqid edən Afrika əsilli müəllim işdən kənarlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Təhsil Nazirliyi Kamerunlu lisey müəllimi Franklin Nyamsi hökumətin Afrika ilə bağlı siyasətini tənqid etdiyi üçün 3 ay müddətinə işdən uzaqlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, fəlsəfə müəllimi Nyamsi “Twitter” hesabında “2021-ci ildən bəri başımda gəzən Damokl qılıncı nəhayət yerə endi” sözləri ilə açıqlama verib.

Fransanın Afrika siyasətini tənqid etdiyi üçün təhsil naziri Pap Ndiayedən 3 aylıq uzaqlaşdırma cəzası aldığını qeyd edən Nyamsi, bildirişi 3 gün əvvəl aldığını bildirib.

“Təhsil naziri Fransanın Afrika siyasətini tənqid etdiyim üçün məni günahlandırır” deyə açıqlama verən Nyamsi sözügedən məsələyə görə 2021-ci ilin may ayından bəri çoxsaylı intizam cəzalarına məruz qaldığını bəyan edib.

Məsələni məhkəməyə daşıdığını ifadə edən Nyamsi, Prezident Emmanuel Makronun administrasiyası ona siyasi təzyiq göstərsə də fikirlərini ifadə etməkdən geri çəkilməyəcəyini vurğulayıb.

NOCOMMENT.AZ