Fransanın baş naziri istefa verdibackend

Fransanın baş naziri istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Baş naziri Sebastyen Lekornyu istefa verib.

NOCOMMENT.az  bu barədə “Le Figaro” qəzetinə istinadla xəbər verir.

Bildirilir ki, hökumət başçısı istefa ərizəsini ölkə prezidentinə təqdim edib və sənəd qəbul olunub.

Qeyd edək ki, Fransada artıq yeni hökumətin tərkibi açıqlanıb. Müdafiə Nazirliyinə bundan əvvəl iqtisadiyyat və maliyyə naziri vəzifəsini icra edən Bryuno Le Mer rəhbərlik edəcək. Xarici işlər naziri postunu isə Jan-Noel Barro qoruyub saxlayıb.

Bununla yanaşı, mədəniyyət, ədliyyə, səhiyyə, kənd təsərrüfatı və daxili işlər nazirləri də vəzifələrində qalıblar.