Fransanın bu addımı arzuolunmaz nəticələrə səbəb ola bilərbackend

Fransanın bu addımı arzuolunmaz nəticələrə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Ukraynaya qoşun göndərməyə hazır olanlardan ibarət koalisiya yaratmağa çalışması gərginliyin artması üçün birbaşa xətdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, müzakirələrin genişlənməsi və Parisin israrlı fəaliyyəti, əlbəttə ki, gərginliyi artırmaq üçün birbaşa xətdən başqa bir şey deyil:

“Bu çox təhlükəlidir və təbii ki, potensial olaraq arzuolunmaz nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO-nun Ukraynaya kömək üçün qoşun göndərə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, əsas problem hazırda məsələ ilə bağlı konsensusun olmamasıdı.

Bir sıra NATO ölkələri, xüsusən Almaniya, Çexiya, Bolqarıstan, Polşa, İspaniya və İtaliya bu fikrə qarşı çıxıb. Eyni zamanda Litva, Latviya və Estoniya kimi ölkələr bu ehtimalı nəzərdən keçirə biləcəklərini açıqlayıblar.