Fransanın bu qərarı Ukraynanın milyardlar itirməsinə səbəb olacaqbackend

Fransanın bu qərarı Ukraynanın milyardlar itirməsinə səbəb olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Avropa İttifaqı ölkələrinin Kiyevlə azad ticarətin müddətinin uzadılması məsələsinə dair görüşü ərəfəsində Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının məhdudlaşdırılması ilə bağlı Polşanın mövqeyinə qoşulub.

NOCOMMENT.az xəbər verir ki, “Politico” qəzetinin yaydığı məlumata görə, Paris və Varşavanın qərarı alyansın Ukrayna ilə ticarət məsələsində birliyini poza və Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin bu günə planlaşdırılan iclasına mənfi təsir edə bilər.

Bildirilib ki, Fransa və Polşa tərəfindən idxalın məhdudlaşdırılması Ukraynanın ticarətdən təxminən 1,2 milyard avro itirməsinə səbəb olacaq. Belçika, Almaniya, Polşa və Fransa da daxil olmaqla, Avropa İttifaqının bir sıra ölkələrində fermerlər Ukraynadan kənd təsərrüfatı məhsullarının Qərb ölkələrinə nəzarətsiz idxalına etiraz ediblər.

Fermerlər həmçinin bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha az sərt tənzimlənməsini müdafiə edirlər.