Fransanın cənub-şərqində təyyarə qəzaya uğrayıbbackend

Fransanın cənub-şərqində təyyarə qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənub-şərqindəki Var bölgəsində hava şousu zamanı “Fouga Magister” təyyarəsi dənizə düşüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, pilot təyyarədən atıla bilməyib. Xilasedicilər dənizdə xilasetmə işləri həyata keçirirlər. Lakin pilotu tapmaq hələ ki, mümkün olmayıb.

Təyyarə qəzası Fransanın cənubunun faşistlərdən azad edilməsi ilə nəticələnən Cənub Fransa Əməliyyatının başlanmasının 80 illiyinə həsr olunmuş aviaşou zamanı akrobatik hərəkətlər həyata keçirərkən baş verib.