Fransanın növbəti erməni sevdası: Paris bu dəfə nə etdi?backend

Fransanın növbəti erməni sevdası: Paris bu dəfə nə etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni separatçı və hərbi cinayətkarların ömürlük cəzaya məhkum edilməsi ədalətli və beynəlxalq hüquqa uyğundur.

30 il Azərbaycana qarşı işğal və separatçı fəaliyyət göstəriblər. Bundan əlavə, insanlıq əleyhinə kifayət qədər cinayətləri sübut olunub. Bu, Azərbaycanın daxili işidir. Heç bir dövlət bu məsələ ilə bağlı Azərbaycana irad tuta bilməz. Ancaq təəssüf ki, Fransa kimi ölkələr bu mısələdə obyektiv yanaşmadan uzaq, Azərbaycanın əleyhinə fikir səsləndirirlər.

Məhəmməd Əsədullazadə

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Fransa Milli Assambleyasında hərbi cinayətkarlarla bağlı qəbul edilən qətnamə regionda sülh prosesinə ciddi zərbə vurur:

“Fransa bu addımı ilə Azərbaycan və Ermənistan arasında formalaşan etimad mühitini qəsdən pozmağa çalışır. Ermənistan rəhbərliyi dəfələrlə ölkənin müstəqil siyasət yürütmək istədiyini bəyan edib. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin uzun illər Ermənistan üçün tələ rolunu oynadığını və ölkənin inkişafına mane olduğunu açıq şəkildə etiraf edib. Bu baxımdan Fransa Senatının və Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə, əslində, Ermənistanın maraqlarına da ziddir”.

Ekspertin sözlərinə görə, bu sənəd regionda gərginliyi yenidən artırır və sülh perspektivlərini zəiflədir:

“Fransa uzun illər ATƏT Minsk Qrupunun həmsədri kimi münaqişənin ədalətli həllində mühüm rol oynaya bilərdi. Azərbaycan tərəfi bu müddətdə Fransadan obyektiv və balanslı mövqe gözləsə də, təəssüf ki, bu ümidlər doğrulmayıb. Fransanın son addımları regionda sülhə deyil, qarşıdurmaya xidmət edir və etimadın bərpasına mane olur”.

Tunar