Fransanın şimalında atışma olub, 4 nəfər ölübbackend

Fransanın şimalında atışma olub, 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın şimalındakı Dunkerk şəhərində baş verən atışma nəticəsində ikisi hüquq-mühafizə orqanı əməkdaşı olmaqla 4 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.

Telekanal kommunanın meri Erik Rommelə istinadən xəbər verir ki, “İki təhlükəsizlik əməkdaşı və iki miqrant iki fərqli yerdə öldürülüb”.

Qeyd olunur ki, hər iki zabit liman ərazisində patrul xidməti apararkən həlak olub.

Qətllərə görə məsuliyyəti üzərinə götürən şəxs polisə təslim olub. Onun başqa bir kommunada başqa bir şəxsin ölümündə əli ola biləcəyi barədə məlumatlar yoxlanılır. Faktla bağlı araşdırma aparılır. Atışmanın motivləri müəyyənləşdirilir.