Fransanın Ukraynaya yardımı arxa plana keçə bilərbackend

Fransanın Ukraynaya yardımı arxa plana keçə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Emmanuel Makronun parlamenti buraxmaq qərarına görə Fransada siyasi qeyri-sabitlik Ukraynaya yardım məsələsinin arxa plana keçməsinə səbəb ola bilər.

NOCOMMENT.az xəbər verir ki, “Bloomberg“in mənbələrə istinadən yaydığı məlumata görə, bu məsələ bəzi Avropa İttifaqı ölkələrində narahatlıq yaradır.

Qeyd edilir ki, erkən seçkilər Kiyevin əsas dəstəkçilərindən biri kimi Fransanın rolunu sarsıda, Ukraynaya təlimatçılar göndərmək planlarına təsir göstərə bilər.

Məsələ ilə əlaqədar Makronun Ukraynaya 3,2 milyard dollar yardım edəcəyi vədi ilə bağlı da suallar yarana bilər.