Fransanın xüsusi elçisi Bakıya GƏLİRbackend

Fransanın xüsusi elçisi Bakıya GƏLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın xüsusi elçisi Bris Roqfey tərəflər arasında həll edilməmiş məsələlərə kömək məqsədilə bu həftənin sonuna kimi Ermənistan və Azərbaycana səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

“Ölkə prezidenti Emmanuel Makronun erməni və azərbaycanlı həmkarları ilə danışıqlarının davamı olaraq, Cənubi Qafqaz üzrə xüsusi elçi, səfir Bris Roqfey bu həftə Bakıya, oradan isə İrəvana gedəcək”, – deyə rəsmi bildirib.

O qeyd edib ki, Paris danışıqlar yolu ilə bütün məsələlərin həlli yollarının axtarışına töhfə vermək niyyətindədir.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Roqfey Gürcüstan hakimiyyəti ilə dialoqu gücləndirmək üçün Tbilisiyə də səfər edəcək.

Qeyd edək ki, bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşündə Parisin Azərbaycanla sərhəd bölgəsində vəziyyəti qiymətləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcəyini bildirib.