Qabriel Attal Fransanın yeni Baş naziri təyin edilib.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qərarı Fransa Prezidenti Emmanuel Makron verib.
34 yaşlı Attal ölkə tarixində ən gənc Baş nazir olub. O bu təyinata qədər Fransanın təhsil naziri idi.
Xatırladaq ki, Fransanın Baş naziri Elizabet Born yanvarın 8-i istefa verib. O, 2022-ci ilin may ayından hökumətə başçılıq edirdi.