Fransanın yüzlərlə AASM bombası sifariş etmək planları məlum olubbackend

Fransanın yüzlərlə AASM bombası sifariş etmək planları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Silahlı Qüvvələr Nazirliyi 2024-cü ildə Ukraynaya 600 AASM tipli bomba tədarük edəcəyinə söz verdikdən sonra ehtiyatları artırmaq üçün Safrandan təxminən 500 ədəb bu bombanın yeni partiyası sifariş etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Tribuna” məlumat yayıb.

Nəşr qeyd edib ki, arsenalın bərpası ilə bağlı qərar 2024-cü ilin yanvarında Fransanın müdafiə naziri Sebastyan Lekornunun Parisin Kiyevə il ərzində hər ay 50 AASM bombası tədarük edəcəyini bildirməsindən sonra verilib.

Bundan əvvəl məlum olub ki, Fransa və Almaniya Ukrayna ərazisində silah istehsalı zavodu tikmək niyyətindədirlər.

Bildirilir ki, nə Almaniya kansleri Olaf Şolz, nə də Fransa lideri Emmanuel Makron gələcək müəssisə haqqında ətraflı məlumat verməyiblər, lakin agentliyin məlumatına görə, alman silah istehsalçısı Rheinmetall AG fevral ayında Ukraynada artilleriya istehsalı üçün yeni sursat zavodu açacağını bəyan edib.