Fransız deputatdan həmkarlarının Dağlıq Qarabağla bağlı fikirlərinə ETİRAZbackend

Fransız deputatdan həmkarlarının Dağlıq Qarabağla bağlı fikirlərinə ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırış Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və buna görə də beynəlxalq hüquqa hörmətlə yanaşanlar tərəfindən qəbul edilə bilməz. Fransa üzərinə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı öhdəlik götürüb və hər hansı yeni diplomatik mövqe Dnestryanı (Moldova) və ya Şimali Osetiya (Gürcüstan) kimi bir çox separatçı ərazilərin tanınmasına yol açaraq, ölkəmizin beynəlxalq öhdəliklərinə yenidən dönüşünü doğurur.

NOCOMMENT.az xəbər verir ki, bu fikirlər fransız deputat Jerom Lamberin Sosialist Partiyasından olan həmkarlarının Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz olaraq ünvanladığı məktubda yer alıb.

Məktubda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabğla bağlı məcburi kompasımız olaraq qalmalıdır. Üstəlik bu, son onilliklər boyunca fransız diplomatiyasının dəyişməz mövqeyi olub.

Fransa Sosialist Partiyasının Milli Bürosunda Dağlıq Qarabağda vəziyyətlə bağlı mətnə etiraz edən Jerom Lamber fransız siyasətçilərini bir qrup ifratçı erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı bir qərara qəbul edərkən diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə səsləyib. O, eyni zamanda, həmkarlarının Dağlıq Qarabağla bağlı səsləndirikləri fikirlərin Fransanın qəbul etdiyi beynəlxalq və ikitərəfli öhdəliklərə tamamilə zidd olduğunu, eləcə də beynəlxalq hüququn bir neçə prinsipini, xüsusilə sərhədlərin toxunulmazlığı prinsipini pozduğunu diqqətə çatdırıb.

Fransız deputat xatırladıb ki, BMT Dağlıq Qarabağ, eləcə də Ermənistanın 1993-cü ildən işğal etdiyi digər ərazilər də daxil olmaqla, bütün bu torpaqlar üzərində Azərbaycan Respublikasının suverenliyini tanıyıb. Jerom Lamber 1993-cü ilin dekabrında Fransa və Azərbaycan arasında imzalanmış dostluq, anlaşma və əməkdaşlıq müqaviləsinin məğzini də xatırladaraq, bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompas olaraq qalmalıdır.

O, həmçinin diqqətə çatdırıb ki, Fransa beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə əməl etməli və hətta nüfuzlu erməni mənşəli fransız icmasının təzyiqləri altında olsa da, medianı təhdid etməməli, müvafiq qurumlara, eləcə də seçilmiş məmurlara təzyiq göstərməməlidir.

“Ailə üzvlərimə ölüm hədələri də daxil olmaqla, minlərlə təhqir və təhdid mesajları alıram. Bütün bu təhqir və hədələr mənə Fransa diplomatiyasının mövqeyini xatırlatmaqdan çəkindirmək üçün ünvanlanır”, – deyə J. Lamber yazıb. Vurğulayıb ki, bəzilərinin seçki dairələrində erməni icması ilə əlaqələrini bilsək də, Sosialist Partiyası beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilməməlidir.

“Dünyanın bu bölgəsində və digər bölgələrində Fransanın layiqli diplomatik mövqe tutmasını istəyiriksə, əslində çox ifratçı erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməli və buna diqqət yetirməliyik. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibəmi?”, – deyə J. Lamber həmkarlarına səslənib və onları beynəlxalq hüquq çərçivəsində regiondakı insanlar üçün sülh və firavanlığı təmin etməyə çağırıb.
Trend