Fransız mətbuatında PKK-nın şantajları: Təhdidlərlə özbaşına pul tələb etdilərbackend

Fransız mətbuatında PKK-nın şantajları: Təhdidlərlə özbaşına pul tələb etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada terror təşkilatı PKK-nın 11 üzvünün təşkilatı maliyyələşdirmək və zorla üzv toplamaq cinayətlərinə görə mühakimə olunmasının təfərrüatları gündəmdədir.

NOCOMMENT.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, müttəhimlər terror təşkilatına qoşmaq istədikləri insanları zorla ailələrindən ayırıb, qondarma düşərgələrə göndərib, kürd icmasını təhdid edərək təşkilat üçün pul toplayıblar.

Fransa illərdir dəstəyini gizlətmədiyi terror təşkilatı PKK üzvlərini bu iddialarla məhkəmə qarşısına çıxarıb.

2020-ci ildən bəri aparılan istintaq çərçivəsində saxlanılan 11 nəfər aprelin 4-dən Paris məhkəməsində mühakimə olunub.

NOCOMMENT.AZ