Fransız politoloq: Bakı ilə İrəvan arasında birbaşa danışıqlar regionda sülhə ümid yaradırbackend

Fransız politoloq: Bakı ilə İrəvan arasında birbaşa danışıqlar regionda sülhə ümid yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında danışıqlarda ikitərəfli yanaşmanın qaytarılması Cənubi Qafqaz regionunda sülhün bərqərar olması ilə bağlı ümid yaradır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə tanınmış fransız politoloq, Yaxın Şərq üzrə ekspert, siyasi elmlər doktoru Sebastian Bussuanın “FigaroVox” nəşrində dərc olunan məqaləsində qeyd edilib.

Onun sözlərinə görə, onilliklər ərzində davam edən müharibədən sonra regionda sülhün qurulması məqsədilə ikitərəfli yanaşmanın qaytarılması dünyanın alovlandığı bir vaxtda ümid yaradır.

Məqalədə bildirilib ki, Azərbaycan və Ermənistan ilin sonuna kimi sübut edə bilər ki, sülhün bərqərar olmasında təkcə BMT deyil, həm də beynəlxalq vasitəçilik köhnəlib.

Politoloq qeyd edib ki, müharibə başa çatdıqdan sonra Rusiya, ABŞ və Avropa İttifaqı cəhd etsə də, Bakı ilə İrəvan arasında sülhün imzalanması üçün uğurlu vasitəçi ola bilməyib:

“Bir neçə aydır ki, Azərbaycan və Ermənistan rəsmiləri yerlərdə həll edilməli olan, iki ölkə arasında yekun müqavilənin bağlanmasına gətirib çıxara biləcək bütün məsələləri davamlı olaraq müzakirə edir. Digər ikitərəfli görüş mayın 10-da Almatıda baş tutacaq. Ev sahibi ölkə danışıqlarda vasitəçilik etməyəcək. Xatırladaq ki, SSRİ-nin sonunu təsdiqləyən Bəyannamə məhz Almatıda imzalanıb. Odur ki, burada tarixi yenidən yazmaq olar”.

Professor xatırladıb ki, aprelin sonunda Ermənistanın bu danışıqlar çərçivəsində dörd kəndi Azərbaycana qaytarması İrəvanın sülhə nail olmaq üçün irəliləmək istədiyinin sübutudur:

“Reallıqda Ermənistanın artıq seçimi yoxdur: ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir”.

S.Bussua Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub:

“Bu dəhlizlə bağlı məsələnin həlli təkcə Naxçıvana birbaşa çıxışı bərpa edəcək Azərbaycana deyil, həm də qonşuları ilə ticarət əlaqələri qura biləcək Ermənistana sərfəli olacaq. Çinlilər belə razılaşmaları hər iki tərəf üçün uğurlu razılaşma adlandırırlar. Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”.