Fransızlar vəziyyəti yerində – Qarabağda öyrənmək istəyirlərbackend

Fransızlar vəziyyəti yerində – Qarabağda öyrənmək istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın parlament nümayəndə heyəti 6-9 dekabr tarixlərində Ermənistana və Qarabağa səfər edəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Fransa Sosialist Partiyasının birinci katibi Olivye For onlayn brifinq zamanı söyləyib.

“Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək və gələn həftə ora getməyi planlaşdırırıq”, – deyə fransız siyasətçi fikrini bildirib.

Onun sözlərinə görə, partiya nümayəndə heyətinə beynəlxalq əlaqələr üzrə katib Jan-Mark Jermen və böyük bir erməni icmasının yaşadığı Alforvill vilayətinin millət vəkili İzabel Santyaqo da daxil olacaq. Səfər zamanı Yerevandakı Ermənistan rəhbərliyi və “DQR” prezidenti Araik Arutyunyanla görüşməyi planlaşdırırlar. Həmçinin, Fransız deputatlar mövcud humanitar vəziyyəti, qaçqınlarla bağlı vəziyyəti qiymətləndirmək istəyirlər.