Fridmanın şirkəti “Alfa Bank”ın itirilməsində Avropa hakimiyyətini günahlandırıbbackend

Fridmanın şirkəti “Alfa Bank”ın itirilməsində Avropa hakimiyyətini günahlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı iş adamı Mixail Fridman və onun biznes tərəfdaşları Pyotr Aven və Andrey Kosogovun şirkəti olan “ABH Holdings” (ABHH) Cənubi Kipr və Avropa tənzimləyicilərinin hərəkətsizliyi səbəbindən “Alfa Bank Rusiya” da daxil olmaqla, 7 milyard dollarlıq aktiv itirdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, u barədə şirkətin press-relizində deyilir.

ABHH Cənubi Kipr hakimiyyətini məsuliyyətə cəlb etmək niyyətindədir. Bəyanatda vurğulanır ki, ölkənin Maliyyə Nazirliyi ABHH-nin törəmə müəssisəsi olan “ABH Financial” şirkətinə bir ildən artıqdır ki, Rusiyanın “AB Holdinq” ASC-nin satışına icazə vermir (bu şirkətlər vasitəsilə ABHH Rusiyanın “Alfa Bank”ına sahibdir).

Qeyd olunur ki, satış razılaşması ötən ilin fevralında əldə olunub. Bütün bu müddət ərzində şirkət Cənubi Kiprin Maliyyə Nazirliyindən icazə almaq üçün mümkün olan hər şeyi edib, lakin indiyə qədər heç nə alınmayıb.

Bəyanatda deyilir ki, paradoksal vəziyyət yaranıb: Aİ səlahiyyətlilərinin Avropa şirkətlərini Rusiya aktivlərini satmağa çağırmasına baxmayaraq, lazımi icazələrin alınmasının gecikməsi aktivlərin satışına imkan vermir.

13 may 2024-cü ildə Moskva vilayətinin Arbitraj Məhkəməsi Rusiya Maliyyə Nazirliyinin tələbi ilə ABHH-nin Rusiyadakı aktivləri ilə bağlı korporativ hüquqlarını dondurub. Şirkət bu aktivləri həmişəlik itirib. Bununla bağlı şirkət Cənubi Kipr hökumətinə qarşı iddialar irəli sürmək imkanını nəzərdən keçirir.

Mayın 24-də Moskva Arbitraj Məhkəməsi “Alfa Bank”ın kredit təşkilatına nəzarət edən “ABH Financial Ltd.”dən 26,5 milyard rubldan çox vəsaitin geri alınması tələbini qeydə alıb.