Ukraynanın ortamüddətli perspektivdə Avropa Birliyinə daxil olmaq üçün hər şansı var, lakin bunun baş verməsi üçün hərbi əməliyyatlar dayandırılmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Almaniya kanslerinə namizəd olan Fridrix Merz ZDF telekanalında kansler Olaf Şolzla teledebat zamanı deyib.
“Hazırda Ukraynanın NATO-ya üzvlüyü müharibə vəziyyətində olan ölkə statusuna görə mümkün deyil. Bununla belə, Aİ-yə namizəd statusu düzgün addımdır. Artıq bu istiqamətdə iş gedir”, – deyə siyasətçi vurğulayıb.
Merz xatırladıb ki, Aİ sazişlərində NATO-nun oxşarı kimi qarşılıqlı müdafiə ilə bağlı müddəalar var.
“Bu, Ukraynanı əlavə təhlükəsizlik səviyyəsi ilə təmin edəcək”, – Merz bildirib.
Onun sözlərinə görə, inteqrasiya prosesi vaxt aparacaq və əsas şərt münaqişənin mümkün qədər tez başa çatması olaraq qalır.