Luqansk Xalq Respublikasında (LXR) FSB əməkdaşları terrorçu qruplaşmada iştirak etdiyinə görə bir nəfəri saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə LPR-nin Birinci İnformasiya Agentliyi “LuganskInformCenter Z” özünün Telegram kanalında məlumat yayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.4-cü (“Terror birliyində iştirak”) maddəsi ilə cinayət işi açılıb.
Agentliyin məlumatına görə, Novoaidarski rayonunun sakini neonasizm ideologiyasının tərəfdarı olub və Donbass ərazisində cinayətlərdə iştirak edən silahlı qruplaşmanın üzvü olub.
FSB əməkdaşları cinayətkarı saxlayıblar.
Bundan əvvəl ukraynalının Aydarın tərkibində döyüşlərdə iştirak etdiyinə görə Rusiyada məhkəmə qarşısına çıxarılacağı bildirilirdi.