FT: ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri öz nüvə silahlarını yaratmaq istəyirlərbackend

FT: ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri öz nüvə silahlarını yaratmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Avropa və Asiyadakı müttəfiqləri öz nüvə silahlarına sahib olmaq istəyirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti yazır.

Məqalədə deyilir ki, ABŞ prezidenti Donald Trampın “fenomeni” digər ölkələrə öz fikirlərini söyləmək üçün güclü stimul verib. Bu dövlətlər hesab edirlər ki, nüvə silahına sahib olmaq ABŞ-ın etibarsızlığı problemini kökündən həll edəcək.

FT-nin məlumatına görə, nəzərdən keçirilən ölkələr arasında Almaniya, Cənubi Koreya və Yaponiya var. Bu dövlətlərin hər biri ən qısa müddətdə öz nüvə silahını yaratmaq imkanına malikdir.

Almaniya və Yaponiyada isə müzakirələr çox dar çərçivədə gedir, çünki ölkələr İkinci Dünya Müharibəsinin (1939-1945) nəticələrini nəzərə alaraq öz reputasiyaları üçün mənfi nəticələrdən ehtiyat edirlər.