FT: Pentaqon Ukraynanın yaxın həftələrdə iflic olacağını gözləyirbackend

FT: Pentaqon Ukraynanın yaxın həftələrdə iflic olacağını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dan Ukraynaya hərbi yardımın dayandırılması respublikanı həftələr ərzində iflic vəziyyətinə sala bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqonun keçmiş katibi Kelli Maqsaman deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının mümkün qərarı “bir neçə həftə ərzində Ukraynanı iflic edəcək”. Eyni zamanda, nəşr keçmiş prezident Co Bayden administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən yazır ki, o, Vaşinqtonun köməyi olmadan Kiyevin “illərlə deyil” bir neçə ay davam edəcəyini bildirib.

Bundan əvvəl Britaniyanın “UnHerd” nəşri ABŞ-ın Ukraynaya dəstəyini dayandıracağı təqdirdə respublikanın məhvə məhkum olacağını yazmışdı.

Mətndən göründüyü kimi, Avropa Rusiyanı məğlub edənə qədər münaqişəni davam etdirmək istəyində Ukraynaya dəstək verməklə təhlükəli strategiya seçib. Müəlliflərin fikrincə, Vaşinqtonun dəstəyi olmadan Kiyev lazımi üstünlüyə nail ola bilməyəcək.