FT: Trampın ABŞ ərazisini genişləndirmək planları Rusiya və Çinin xeyrinədirbackend

FT: Trampın ABŞ ərazisini genişləndirmək planları Rusiya və Çinin xeyrinədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya, Panama və Kanada ilə bağlı açıqlamaları Rusiya və Çinə strateji üstünlük verir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times qəzeti yazıb.

“Reallıq budur ki, Trampın Qrenlandiya, Panama və Kanadaya qarşı hədələri Rusiya və Çinə mütləq hədiyyədir”, – RİA Novosti nəşrə istinadən yazır.

Nəşr izah edir ki, Tramp Panama kanalı və Qrenlandiyanın “ələ keçirilməsinin” strateji zərurətini bəyan edə bilsə, o zaman Rusiya və Çinin də müvafiq olaraq Ukrayna və Tayvan məsələlərində öz milli maraqlarını müdafiə etmək hüququ var.

Nəşrin müəllifinin fikrincə, Tramp heç vaxt təhdidlərini həyata keçirməsə belə, o, artıq ABŞ-ın qlobal mövqeyinə və onun müttəfiqlik sisteminə böyük ziyan vurub.