FTB Trampın milli təhlükəsizlik müşaviri Boltonun evinə basqın etdibackend

FTB Trampın milli təhlükəsizlik müşaviri Boltonun evinə basqın etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FTB agentləri cümə günü səhər ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Merilend ştatındakı evində onun gizli sənədlərin saxlanması ehtimalı ilə bağlı araşdırma çərçivəsində axtarış aparıblar.

NOCOMMENT.az bildirir ki, bu barədə Fox News mənbəyə istinadən xəbər verir.

Mənbə bildirib ki, axtarış zamanı müstəntiqlərin Boltonun hələ də əlində ola biləcəyinə inandıqları “potensial məxfi sənədlər” üzərində cəmlənib.

2018-2019-cu illərdə Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış Boltonun nə nəzarətə götürüldüyü, nə də həbs edildiyi bildirilir.