FTX Krım körpüsünü partladan ermənini saxladıbackend

FTX Krım körpüsünü partladan ermənini saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Təhlükəsizlik Xidməti Krım körpüsünün partladılmasında beş Rusiya, üç Ukrayna və bir Ermənistan vətəndaşının saxlanıldığını elan edib.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub. Saxlanılanlar isə cinayətin hazırlanmasında iştirak ediblər”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, hücum üçün bomba film rulonlarında kamuflyaj edilib. Partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.