Fuad Muradov Prezidentin onu təltif etməsindən danışdıbackend

Fuad Muradov Prezidentin onu təltif etməsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Fuad Muradov təltif barəsində fikirlərini öz “Twitter” hesabında paylaşıb.

O, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Cənab Prezidentin Sərəncamı ilə Komitə əməkdaşlarının yüksək mükafatlarla təltif olunması dövlətimizin diaspor siyasətini həyata keçirən Komitənin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Bu diqqət və etimada görə Cənab Prezidentə təşəkkür edirik”, – deyə komitə sədri qeyd edib.