Fuad Nağıyev: Bir çox hotellər gözlədikləri ulduz dərəcələrini ala bilməyəcəklərbackend

Fuad Nağıyev: Bir çox hotellər gözlədikləri ulduz dərəcələrini ala bilməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hotelçilik turizm sahəsinin onurğa sütunudur. Burada olan nöqsanlar bütövlükdə ölkə turizminə xələl gətirir”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev hotellərə ulduz sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.

F.Nağıyevin sözlərinə görə, bir çox hallarda hotellərin təqdim etdiyi xidmətlər onların malik kateqoriyaya uyğun gəlmir: “İlkin monitorinqlərə əsasən onu deyə bilərəm ki, bir çox hotellər gözlədikləri ulduz dərəcələrini ala bilməyəcəklər. Çünki onların göstərdikləri xidmətlər buna uyğun gəlmir.

Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva turizm sektoruna çox böyük diqqət və qayğı göstərirlər. Əminliklə deyə bilərəm ki, bundan sonra sektorda çox böyük dəyişiklik baş verəcək”.