Fuad Nəcəfli Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzil verdibackend

Fuad Nəcəfli Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzil verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.

NOCOMMENT.az xəbər verir ki, F.Nəcəfli və Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim ediblər.

Səlahiyyətli nümayəndə qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.

Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.