Futbol komandası İsmayıllıda qəzaya düşdü: yaralılar varbackend

Futbol komandası İsmayıllıda qəzaya düşdü: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə ölkə çempionatının birinci dəstəsində çıxış edən “Mingəçevir” komandası Şamaxıya səfər oyununa getdiyi zaman qəzaya düşüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə İsmayıllı rayonu ərazisində baş verib.

Futbol komandasını daşıyan avtobus “Şaqman” markalı yük maşını ilə toqquşub.

Əldə olunan ilkin məlumata görə, futbolçulardan bir qrupu müxtəlif xəsarətlər alıb. Məşqçilərdən Zaur Qarayevin xəsarəti isə daha ciddidir.

Qeyd edək ki, “Mingəçevir” bu gün “Şamaxı”nın qonağı olacaqdı.

Faktla bağlı araşdırma aparılır.