Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları bəlli olubbackend

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə 2024-cü il Avropa çempionatının final hissəsinin qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, martın 26-da həlledici pley-off oyunları keçirilib və nəticədə Gürcüstan, Ukrayna və Polşa komandaları Avroya vəsiqə qazanıb.

Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.

Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:

A qrupu – Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.

B qrupu – İspaniya, Xorvatiya, İtaliya, Albaniya.

C qrupu – Sloveniya, Danimarka, Serbiya, İngiltərə.

D qrupu – Niderland, Avstriya, Fransa, Polşa.

E qrupu – Belçika, Slovakiya, Rumıniya, Ukrayna.

F qrupu – Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.