2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparacaq 28 ölkənin adı artıq bəlli olub.
NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, Avropa, Asiya və Afrika zonalarında keçirilən seçmə mərhələlər nəticəsində mundiala vəsiqə qazanan yığmalar aşağıdakılardır:
Kanada, Meksika, ABŞ (ev sahibləri), Yaponiya, Yeni Zelandiya, İran, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstriya, İngiltərə, Argentina, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Fil Dişi Sahili, Qətər və Səudiyyə Ərəbistanı.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 ölkənin iştirakı ilə keçiriləcək.