Füzuli-Ağdam yolunda ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölübbackend

Füzuli-Ağdam yolunda ağır yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Füzuli-Ağdam yolunda hərəkət edən “VAZ” markalı avtomobil yol kənarında dayanan traktora çırpılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan apa-ya verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.

Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Araşdırma aparılır.