Füzuli sakini: Vətən həsrəti sona çatdı – VİDEObackend

Füzuli sakini: Vətən həsrəti sona çatdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzulinin işğaldan azad olunmasını şəhər sakinləri böyük sevinclə qarşılayıb.

NOCOMMENT xəbər verir ki, oxu.az-a daxil olan məlumata görə, 30 ildir Füzuliyə qayıdacağı günü gözləyən 1946-cı il təvəllüdlü Mahirə Abdinova doğma torpaqlarının azad olunmasını göz yaşları içərisində qarşılayıb: “Bütün varlığımla neçə gündür Allaha dua edirdim. Hər Füzulinin adı çəkiləndə ürəyim əsirdi ki, kaş alınsın. Öz vətənimin, öz torpağımın əvəzi yoxdur. Qurban olum bu torpaqlar uğrunda canından keçən şəhid balalarımıza.

Allah prezidentimizdən razı olsun. Qurban olum İlham Əliyevə. Axır ki, 74 yaşımda doğub böyüdüyüm torpaqlarıma geri qayıdacam. Bu yaşda ən bəxtəvər günümü yaşayıram. Nəhayət, atamın məzarını ziyarət edə biləcəm”.