Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.
NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib.
Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6 832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.