13:29
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşı Habil Eyvazovun “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.
NOCOMMENT.az xəbər verir ki, eyni zamanda icra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin qeyri-etik ifadələr işlədib.
Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, Habil Eyvazov artıq orada işləmir:
“Sürücü vəzifəsində işləyən Habil Eyvazov uzun müddətdir ki, bizdə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”.
Həmin videonu təqdim edirik:












