Füzulidə minaya düşən polisin ayağı amputasiya edilibbackend

Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonunda inaya düşən polisin ayağı amputasiya edilib

DİN-in Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, iyunun 26-da saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

“Hazırda həyatı üçün təhlükə yoxdur”, – deyə DİN-in məlumatında bildirilib.

Faktla bağlı araşdırma aparılır.