Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktor minaya düşüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan NOCOMMENT.az-a bildirilib ki, bu barədə polisə məlumat daxil olub.
Qeyd olunub ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb:
“O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır”.