Füzuliyə komendant təyin edilib, rayonda postlar qurulubbackend

Füzuliyə komendant təyin edilib, rayonda postlar qurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Füzuli rayonunda təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, müvafiq əmrə əsasən Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədov rayonun komendantı təyin edilib.

Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun giriş-çıxışında, o cümlədən rayon daxilində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.