G20-nin virtual sammiti keçirilirbackend

G20-nin virtual sammiti keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük 20”liyin (G20) virtual zirvə toplantısı başlayıb.

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, sammit koronavirusla mübarizəyə həsr olunub.

Bildirilib ki, martın 26-da başlayan tədbirə Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Əziz əl Səud sədrlik edir.

Məlumata görə, növbədənkənar toplantıya yalnız G20-nin üzvləri deyil, bir sıra dövlətlərin, beynəlxalq və regional təşkilatların nümayəndələri də qatılıblar. İspaniya, İordaniya, Sinqapur və İsveçrənin rəsmi dövlət təmsilçiləri, regional qurumlardan – ASEAN, Afrika İttifaqı, Ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası, beynəlxalq təşkilatlardan – Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və s.-in nümayəndələri zirvə toplantısındakı müzakirələrdə iştirak edirlər.

Xatırladaq ki, G20-nin zirvə toplantısı 2019-cu ildə Yaponiyada keçirilib. 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçirilməli idi.

Qeyd edək ki, G20-yə ABŞ, Avstraliya, Argentina, Almaniya, Böyük Britaniya, Braziliya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Çin, Rusiya, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.