G7 liderləri Xirosimadakı Şinto məbədini gəzdilərbackend

G7 liderləri Xirosimadakı Şinto məbədini gəzdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Xirosima şəhərində G7 sammiti üçün bir araya gələn liderlər YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İtukusima Şinto Məbədini ziyarət ediblər.

NOCOMMENT.az xəbər verir ki, Yaponiyanın baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada, İtaliya və Avropa İttifaqı (Aİ) liderləri iştirak edir.

Daha əvvəl elan edilmiş proqram çərçivəsində liderlər ölkədə “məbəd adası” kimi tanınan Xirosima körfəzindəki Miyacimaya səfər ediblər. Liderlər adada UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İtsukusima Şinto Məbədini ziyarət ediblər.

Həyətdə söhbət edən rəhbərlər məbəd xidmətçisindən bölgənin tarixi-mədəni xüsusiyyətləri haqqında məlumat alıb, mədəni “Gəqaku” musiqi konsertinə qatılıblar.

NOCOMMENT.AZ