G7 ölkələri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı hələ qərar verməyibbackend

G7 ölkələri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı hələ qərar verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 dövlətləri hələ ki dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadəsi ilə bağlı konsensusa gəlməyiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiyanın maliyyə naziri Şuniçi Suzukiyə istinadən məlumat yayıb.

Rio-de-Janeyroda keçirilən G7 maliyyə nazirləri ilə mərkəzi banklar arasında aparılan danışıqlarda iştirak edən Suzuki bu dəfə Rusiyanın aktivləri ilə bağlı qərarın verilmədiyini qeyd edib. O, G7 ölkələrinin müzakirəni davam etdirəcəyini vurğulayıb.