G7 Rusiyanın iqtisadi sanksiyalardan yayınmasına qarşı əməkdaşlığı artıracaqbackend

G7 Rusiyanın iqtisadi sanksiyalardan yayınmasına qarşı əməkdaşlığı artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələri Ukraynaya hücumlarını davam etdirən Rusiyanın iqtisadi sanksiyalardan yayınmasının qarşısını almaq üçün əməkdaşlığı artıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirləri Yaponiyanın dövri sədrliyi ilə ölkənin Naqano əyalətinin Karuizava şəhərində görüşərkən bəyanat yayıblar.

Rusiyanın qüvvədə olan iqtisadi sanksiyalardan yayınması və Rusiyaya üçüncü dövlətlərdən hərbi yardım göndərilməsinin qarşısının alınması istiqamətində əməkdaşlığının genişləndirmək öhdəliyi götürüldüyü bildirilib.

İclasda həmçinin Rusiyaya qarşı cəza tədbirlərinin gücləndirilməsi və bu cəza tədbirlərinin tam və razılaşdırılmış şəkildə həyata keçirilməsi vəd edilib.

Nazirlər iclasda Rusiya prezidenti Vladimir Putinin keçən ayın sonunda Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarını da qınayıblar.

NOCOMMENT.AZ